Azərbaycanda məktəbli formaları ilə bağlı YENİLİK / FOTO

 12:08 11.02.2020     878

Fevralın 10-da Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqinə dair müzakirələr keçirilib. 

Redaktor.az xəbər verir ki, görüşdə məktəbli formasının tətbiqi mövzusunun ictimai müzakirəsinin vacibliyi bildirilib. Təhsil Nazirliyi tərəfindən bu məsələyə ciddi yanaşıldığı, məktəbli formasının tətbiqi ilə bağlı nazirlik tərəfindən geniş müzakirələr aparıldığı qeyd edilib. Həmçinin, ictimai rəyə çıxarılan vahid məktəbli formalarının  təsvirləri ilə bağlı ən çox səsləndirilən təkliflər müzakirə edilib.

Daha sonra mütəxəssislər məktəbli formalarının tətbiqinə dair mövcud standartlar və keyfiyyət məsələləri ilə bağlı öz fikirlərini səsləndiriblər.

Tədbirdə  məktəbli formaları üzrə təkliflər paketinin  işlənib hazırlanması, optimal variantın müəyyənləşdirilərək Şuraya təqdim olunması  təklif edilib.

22222