Bu dövlət qurumunda ixtisarlar oldu

 16:50 11.02.2020     797

"Yaxın dövrlərdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) müxtəlifyönümlü islahatların aparılması nəzərdə tutulur".

Redaktor.az bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi Əminağa Sadıqov deyib.

Onun sözlərinə görə, bura struktur islahatları da aid ola bilər:

"Artıq Rəyasət Heyəti Aparatında müəyyən kadr ixtisarları olub. Eyni zamanda strukturun optimallaşdırılması istiqamətində də müəyyən işlər görülüb". // Report