Magistraturaya ərizə qəbulu başa çatdı

 11:22 14.02.2020     743

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ərizə qəbulu başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Redaktor.az-a verilən xəbərə görə, 15703 bakalavr elektron ərizəsini təsdiq edib.

Onlardan 14404-ü Azərbaycan, 1299-u rus bölməsi üzrədir.

Qeyd edək ki, magistraturaya qəbul imtahanı fevralın 23-də keçiriləcək.