Nazirlik: Bu il I sinfə elektron qəbul bütün ölkəni əhatə edəcək

 19:15 17.02.2020     685

“2020-2021-ci tədris ili üçün I sinfə qəbul elektron qaydada keçiriləcək. Sistemə qeydiyyat mart ayından başlayacaq”. 

Bunu Redaktor.az-a açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, bu il ilk dəfə olaraq I sinfə elektron qəbul bütün ölkəni əhatə edəcək. 

Qeyd edək ki, bu ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək.

Azərbaycan Prezidentinin müvafiq fərmanına əsasən, dövlət informasiya sistemlərində məlumat mübadiləsi şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nomrəsi (FİN) əsasında həyata keçirilməlidir. //APA