AMEA-dakı veteran alimlərin sayı açıqlandı

 02:55 26.02.2020     752

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında 2447 veteran çalışır.

Redaktor.az-ın məlumatına görə, bunu AMEA-nın Birləşmiş Veteranlar Şurasının (BVŞ) sədri Eldar Quliyev deyib.

E.Quliyev 2013-2019-cu illər ərzində 802 veterana "Əmək veteranı" adı və vəsiqəsinin verildiyini söyləyib.

O qeyd edib ki, sözügedən veteranlardan 23-ü akademik, 23-ü AMEA-nın müxbir üzvü, 262-si elmlər, 517 nəfəri isə fəlsəfə doktorudur.

E.Quliyev, həmçinin 1 nəfərin Böyük Vətən Müharibəsi, 16 nəfərin Əfqanıstan, 91 nəfərin isə Qarabağ müharibəsi veteranı olduğunu söyləyib.

Şura sədri elmi müəssisə və təşkilatlarda işləyən veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində əməli işlərin görüldüyünü, veteranlara birdəfəlik müavinətlərin, yeməkxanada güzəştli nahardan istifadə kartlarının, müalicə və istirahət üçün isə sanatoriyalara göndərişlərin verildiyini diqqətə çatdırıb.

Cari ilin may ayında Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinin qeyd olunacağını deyən şura sədri bununla əlaqədar AMEA-da Tədbirlər Planının hazırlandığını bildirib. //Trend.az