Azərbaycanda məktəblərin bağlanma müddəti uzadıla bilər

 18:00 03.03.2020     689

"Martın 10-u dərs günü olmaqla, martın 3-dən martın 10-dək bütün təhsil müəssisələrində tədrisin dayandırılması qərarı verilib. Əgər ehtiyac yaranarsa, ayrı-ayrı məktəblərdə bu qərar uzadıla bilər”.

Redaktor.az-ın Azxeber.com-a istinadən verdiyi məlumata görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov "ATV Aktual" verilişində deyib.

Onun sözlərinə görə, lakin hələlik bu məsələ gündəmdə deyil.