Mərkəzi Elmi Kitabxanaya yeni direktor təyin edildi - FOTO

 14:14 06.03.2020     887

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasına (MEK) yeni direktor təyin edilib.

Akademiyadan Redaktor.az-a verilən məlumata görə, Sevil Zülfüqarova AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, S.Zülfüqarova 2010-cu ildən MEK-də çalışıb. Bundan əvvəl isə o, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Kitabxana şöbəsinin müdiri işləyib.

Mərkəzi Elmi Kitabxanaya yeni direktor təyin edilib