Gürcüstan və Hindistan: Düşündürücü faktlar

Azərbaycan dövləti və xalqı həmişə qonşu dövlətlərlə və xalqlarla mehriban dostluq münasibətləri saxlamağa çalışır. Azərbaycan dünyanın dini və etnik cəhətdən ən tolerant ölkələrindən biridir. Lakin təəssüflər olsun ki, qonşu dövlətlərin bəzi millətçi və şovinist dairələri, necə deyərlər, “suyu bulandırmaq” niyyəti ilə millətlər arasında düşmənçilik və nifaq toxumları səpir, tarixi ərazilərimizə iddialar irəli sürür, Azərbaycan xalqının bu torpaqlara Altaydan gəlməsi barədə uydurma nəzəriyyəni təbliğ edirlər. Həmin məsələlərin üzərində dayanmadan Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər...” əsərindən götürdüyümüz bəzi məlumatları hörmətli oxucunun diqqətinə çatdırırıq:
Gürcüstanın 54 şəhərindən 27-sinin adının tam eynisi və ya çox bənzəri Hindistanda mövcuddur. Bu, hay toponimləri ilə bağlı paralellərdən sonra Qafqazda ən yüksək göstəricilərdəndir. Yeri gəlmişkən, 1918-ci ildə əzəli Azərbaycan torpaqlarında yaradılmış Ermənistan Respublikasında mövcud olan Azərbaycan toponimlərinin yerinə gətirilmiş hay yer adlarının Hindistandakı və digər ölkələrdəki paralelləri daha çoxdur. Əlbəttə, Gürcüstanla bağlı paralellərdən bəziləri sırf təsadüflərin, Hindistan və Gürcüstan toponimlərinin ingilis dilində düzgün yazılmamasının, eləcə də digər amillərin nəticəsində ortaya çıxa bilər. Ümumiyyətlə isə, Araz Şəhrilinin əsərində “gürcülər Qafqaza Hindistandan, yaxud digər ölkələrdən köç etmişlər” fikrini ifadə edən bir cümlə belə yoxdur. Orada sadalanmış faktların möcudluğunu, onların həqiqiliyini oxucu özü də yoxlaya bilər. Bu tədqiqat həm də onu göstərir ki, “hansısa xalqlar Qafqazın ən qədim və ən köklü xalqlarıdır” fikri sovet tarixşünaslığı tərəfindən kifayət qədər dərin araşdırmalar aparılmadan irəli sürülmüşdür. Belə məsələlərdə son sözü, şübhəsiz ki, yalnız elm deyə bilər.
Abaşa (Gürcüstanda şəhər və çay) – Abash (Hindistanın Qərbi Benqal ştatının Medinipur dairəsində kənd) – Abasa (Maharaştra ştatının Nashik dairəsində kənd);
Baqdati (Gürcüstanda şəhər) – Bagdadi (Hindistanın Qərbi Benqal ştatının Puruliya dairəsində kənd) – Bagdodhi Bangar (Uttar-Pradeş ştatının Kanpur Nagar dairəsində kənd);
Batumi, Batum (Gürcüstanda şəhər) – Batum (Hindistanın Arunachal-Pradeş ştatının Subansiri dairəsində kənd);
Xaşuri (Gürcüstanda şəhər) – Khashuri, Xaşuri (Hindistanın Jharkhand ştatının Dhanbad dairəsində kənd);
Xobi (Gürcüstanda şəhər və çay) – Khobi, Xobi (Hindistanın Madhya-Pradeş ştatının Narsimhapur və Raisen dairələrində iki kənd);
Xoni (Gürcüstanda şəhər) – Khoni, Xoni (Hindistanın Maharaştra ştatının Thane dairəsində şəhər);
Jvari (Gürcüstanda şəhər) – Jivari (Hindistanın Chhattisgarh ştatının Raigarh dairəsində kənd) – Jawari (Uttarakhand ştatının Rudraprayag dairəsində kənd) – Jawari (Maharaştra ştatının Gondia dairəsində kənd) – Jawari (Himachal-Pradeş ştatının Chamba dairəsində kənd) – jwari (taxıllar fəsiləsindən olan bitkinin Hindistanın marathi dilindəki adı);
Kareli (Gürcüstanda şəhər) – Kareli (Hindistanın Qucarat ştatının Bharuch, Narmada, Banas Kantha və Surat dairələrində dörd kənd) – Kareli (Madhya-Pradeş ştatının Narsimhapur dairəsində şəhər) – Kareli (Racastan ştatının Udaipur və Sirohi dairələrində iki kənd) – Kareli (Uttar-Pradeş ştatının Bareilly dairəsində kənd);
Kaspi (Gürcüstanda şəhər) – Kaspi (Hindistanın Arunachal-Pradeş ştatının Qərbi Kameng dairəsində kənd) – Kasbi (Madhya-Pradeş ştatının Neeuch və Jhabua dairələrində iki kənd) – Kasbi Nagar (Uttarakhand ştatının Talwari dairəsində kənd);
10 Kutaisi (Gürcüstanda şəhər, keçmiş adları Kutaia, Aia) – Kutasi (Hindistanın Jharkhand ştatının Gumla dairəsində kənd) – Kutai (Madhya-Pradeş ştatının Satna dairəsində kənd) – Aya (Qucarat ştatının Surendranagar dairəsində kənd) – Aya Nagar (Delhi ştatının Cənub dairəsində kənd);
11 Qaqra (Gürcüstanda şəhər) – Gagra (Hindistanın Pəncab ştatının Ludhiana və Moga dairələrində iki kənd) – Gagra (Qərbi Benqal ştatının Maldah və Puruliya dairələrində iki kənd) – Gagra Char (Qərbi Benqal ştatının Purba Medinipur dairəsində kənd) – Gagra (Chhattisgarh ştatının Dhamtari dairəsində kənd);
12 Qori (Gürcüstanda şəhər) – Gori (Hindistanın Bihar ştatının Rohtas dairəsində kənd) – Gori Pora (Cammu və Kəşmir ştatının Pulwama dairəsində kənd) – Gori Ganga (Uttarakhand ştatının Pithoragarh dairəsində çay) – gori (Qucarat ştatının Panchmahal dairəsində yaşayan racput tayfası);
13 Quriya (Gürcüstanın doqquz diyarından biri) – Guriya (Hindistanın Racastan ştatının Pali, Churu, Nagaur və Alwar dairələrində beş kənd) – Guriya (Chhattisgarh ştatının Bastar dairəsində kənd);
14 Oni (Gürcüstanda şəhər) – Oni (Hindistanın Maharaştra ştatının Ratnagiri dairəsində kənd) – Oni (Uttarakhand ştatının Garhwal dairəsində kənd);
15 Poti (Gürcüstanda şəhər) – Poti (Hindistanın Racastan ştatının Churu dairəsində kənd) – Poti (Maharaştra ştatının Wardha, Washim dairələrində iki kənd) – Poti Kathaliya (Jharkhand ştatının Purbi Singhbhum dairəsində kənd) – Umar Poti (Chhattisgarh ştatının Raipur dairəsində kənd);
16 Raça (Gürcüstanda tarixi ərazi) – Racha Konda, Raça (Hindistanın Andhra-Pradeş ştatının Prakasam dairəsində kənd) – Racha Ralem, Raça (Andhra-Pradeş ştatının Chittoor dairəsində kənd);
17 Salka (Gürcüstanda şəhər) – Salka (Hindistanın Chhattisgarh ştatının Bilaspur, Raigarh, Surguja, Surajpur və Koriya dairələrində beş kənd) – Salka (Qərbi Benqal ştatının Puruliya dairəsində kənd);
18 Telavi (Gürcüstanda şəhər) – Telavi (Hindistanın Qucarat ştatının Ahmedabad dairəsində kənd);
19 Terjola (Gürcüstanda şəhər) – Tarjola (Hindistanın Jharkhand ştatının Pakur dairəsində kənd);
20 Vale (Gürcüstanda şəhər) – Vale (Hindistanın Uttar-Pradeş ştatının Mainpuri dairəsində kənd) – Kotha Phule Singh Wale (Pəncab ştatının Bathinda dairəsində kənd);
21 Vani (Gürcüstanda şəhər) – Vani (Hindistanın Tamil-Nadu ştatının Sivaganga dairəsində kənd) – Vani (Maharaştra ştatının Yavatmal və Dhule dairələrində iki kənd) – Talegaon Vani, Kasbe Vani, Shirwade Vani (Maharaştra ştatının Nashik dairəsində üç kənd) – Vani (Qucarat ştatının Ahmedabad dairəsində kənd).
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər...” kitabından