Koronavirus

Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

Elm
 15:11 11.03.2020     190

2020-2021-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat zamanı çətinlik çəkən valideynlər üçün Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.

Redaktor.az xəbər verir ki, Bakı şəhəri üzrə Alternativ qeydiyyat mərkəzləri Xəzər rayonu üzrə Mərdəkan bələdiyyəsi, Gənclər evi,  Buzovna qəsəbə icra nümayəndəliyi, Zirə və  Binə bələdiyyələri, Xətai və Nizami rayonları üzrə  Təlimə Dəstək Mərkəzi,  Nərimanov rayonu üzrə Təhsil İnstitutunun Təlim Texnologiyaları Mərkəzi, Binəqədi və Nəsimi rayonları üzrə Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi, Suraxanı rayonu üzrə Hövsan, Qaraçuxur və Bülbülə bələdiyyələri, Qaradağ rayonu üzrə Qobustan, Müşfiqabad, Lökbatan, Sahil və Ələt bələdiyyələri, Sabunçu rayonu üzrə Gənclər evi, Səbail və Yasamal rayonları üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Qəbul otağı, Pirallahı rayonu üzrə isə Gənclər evində təşkil edilib. Vətəndaşlar  Bakı şəhəri üzrə təşkil edilmiş həmin mərkəzlərə həftənin I-V günləri saat 10:00-dan 16:00-a qədər yaxınlaşa bilərlər.

Digər bölgələr üzrə isə Alternativ qeydiyyat mərkəzləri müvafiq  rayon (şəhər) təhsil şöbələrində (idarələri) təşkil olunub. Vətəndaşlar həmin mərkəzlərə həftənin I-V günləri saat 09:00-dan 18:00-a qədər müraciət edə bilərlər.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.