Koronavirus

Təhsil Nazirliyi bu halda məktəbə qəbuldan imtina edəcək

Elm
 19:28 11.03.2020     173

Təhsil Nazirliyi hansı halda uşağın məktəbə qəbuluna imtina verilə biləcəyini açıqlayıb.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, ilk növbədə, məsul şəxs www.mektebeqebul.edu.az saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. 

Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın məktəbə qəbuluna imtina verilə bilər.