Ali məktəblərdə tədris ilinin müddəti uzadıldı - FOTO

 12:16 12.03.2020     569

Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Təhsil nazirinin müavini Firudun Qurbanov əmr imzalayıb.

Əmrdə qeyd edilib ki, buraxılış kursları istisna olmaqla, digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam etdirilsin.

Azərbaycanda ali məktəblərdə tədris ilinin müddəti uzadıldı - FOTO - Gallery Image