Koronavirus

Gömrük Akademiyasında dərslər distant formada keçirilir

Elm
 16:33 12.03.2020     203

Koronavirus pandemiyası ilə bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq təhsilin davamlılığının təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin Akademiyasında bütün dərslər distant formada təşkil edilir.

Redaktor.az xəbəbr verir ki,dərslərin distant keçirilməsi üçün Akademiyada yaradılan şərait ən müasir tələblərə tam cavab verir. Gömrük Akademiyasında distant formada təşkil edilən dərslər müvafiq proqramla nəzərdə tutulmuş dərsləri əvəz edir.

Sistemə qoşulan hər bir tələbə distant dərs zamanı mühazirəni dinləməklə yanaşı, müəllimə müvafiq mövzuya uyğun suallar vermək və fikir mübadiləsi aparmaq imkanına malikdir. Eyni zamanda, müəllimin distant formada mühazirəsi avtomatik olaraq yazılır. Bu da tələbələrə həmin mühazirəni dərsdən sonra yenidən dinləmək imkanı verir.

1