Təhsil müəssisələri lisenziyadan azad edilir

 11:42 16.03.2020     993

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Redaktor.az-ın məlumatına görə, qanun layihəsi haqqında məlumat verən komitə sədri Bəxtiyar Əliyev söyləyib ki, layihədə nəzərdə tutulan dəyişikliyə əsasən Azərbaycanda dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələri lisenziyadan azad edilir:

“Dəyişiklik layihəsinə əsasən, dövlət peşə, orta ixtisas, əlavə təhsil və ali təhsil müəssisələri lisenziyasız fəaliyyət göstərəcək”.