Birinci sinfə elektron qeydiyyata yenidən start verilir

 17:30 28.03.2020     474

Martın 29-u birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start veriləcək.

Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən  aktivləşəcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.