Birinci sinfə elektron qeydiyyata yenidən start verilir

 21:08 28.03.2020     578

Martın 29-u birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir.  

Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən  aktivləşəcək. 

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. /Oxu.az