“Layihələrin idarə edilməsi" mövzusunda onlayn iclas keçirilib - FOTOLAR

AMEA Rəyasət Heyətinin Xarici əlaqələr İdarəsinin təşkilatçılığı ilə “Layihələrin idarə edilməsi" mövzusunda onlayn iclas keçirilib. İclas AMEA-nın Xarici əlaqələr idarəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayevanın moderatorluğu ilə baş tutub. Onlayn iclasda AMEA Rəyasət Heyətinin Xarici əlaqələr İdarəsinin əməkdaşları və bütün institut və müəssisələrinin beynəlxalq əlaqələr üzrə məsul şəxsləri iştirak edib.
Redaktor.az xəbər verir ki, əvvəlcə E.Əlirzayeva "Horizon 2020", "TÜBİTAK" "UNESCO" və s. təşkilatların proqramlarında Azərbaycanlı alimlərinin iştirakı haqqında söz açaraq dəstək alan və yeni təqdim edilən layihələrdən danışıb. İdarə rəhbəri beynəlxalq layihələrin sayının artmadı dinamikasını qeyd edərək, gələcəkdə bu layihələrdə Azərbaycanlı alimlərin iştirakının daha da genişləndirilməsinin zəruri olduğunu vurğulayıb. O həmçinin qeyd edib ki, Azərbaycanlı alimlər güclü elmi potensiala malikdir və bu potensial beynəlxalq layihələrə cəlb edilməli və alimlərimizin dünyada daha çox tanınmasına zəmin yaratmalıdır.
Onlayn iclas zamanı, əməkdaşlıq sazişlərinin həyata keçirilməsi məsələsinə də toxunulub. Bildirilib ki, həmin sənədlərin kağız üzərində qalması deyil həqiqətən işləməyi önəmlidir. Bu məqsədlə hər bir əməkdaşlıq sənədi üzrə nəticələr haqqında hesabatların Xarici Əlaqələr İdarəsinə təqdim edilməsi təklif edilib. İclasda beynəlxalq əlaqələr üzrə hesabatlar, arayışlar və bir sıra vacib məsələlərə toxunulub və onların həyata keçirilməsinə dair təkliflər irəli sürülüb.
Tədbirdə AMEA Neft və Qaz İnstitutu tərəfindən elmi katib, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüse inistitutun xarici elmi müəssisələrlə əməkdaşlığının vəziyyətindən danışıb. O, mövcud problemlərə də toxunaraq, qeyd edib ki, institututun yerli layihələrdə iştirakı yüksək səviyyədə olmasına baxmayaraq, beynəlxalq layihələrin hazırlanmasında fəaliyyəti güclənməlidir. Bu problemin həlli yollarından bəhs edərək o, institutda layihələrin hazırlanması üzrə qrupun yaradılmasını zəruri hesab eib.
Şəlalə Hüseynova ölkəmizdə karantin dövrü olduğuna baxmayaraq Neft və Qaz İnstitutunun beynəlxalq əməkdaşlıq fəaliyyətinin onlayn rejimdə davam etdirildiyindən də danışıb və bu dövrdə aparılan işlərdən xəbər verib.



