“Sevilənlər sevənlər”in növbəti qonağı - Şahbaz Xuduoğlu

Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikasında canlı yayımın növbəti qonağı naşir, tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru, Elmar Hüseynov Fondunun həmtəsisçisi, "Qanun" jurnalının baş redaktoru Şahbaz Xuduoğlu olub. Müsahibə xarakteri daşıyan canlı yayımda müsahib, Respublika Gənclər Kitabxanasının Hüquq İnformasiya şöbəsinin müdiri Günay Həsənovanın və izləyicilərin suallarını cavablandırıb.
Redaktor.az xəbər verir ki. Şahbaz Xuduoğlu karantin müddətində kitab sifarişi və çatdırılmasında müşahidə edilən müsbət dinamikadan danışıb, kitab oxuyanların sayının artdığını bildirib. Bundan əlavə, qonaq ölkəmizdə mütaliənin səviyyəsi, kitab təbliğatı sahəsində baş verən yeniliklər haqqında da dəyərli fikirlər söyləyib. Müsahib tez-tez beynəlxalq kitab sərgilərinin qonağı olmasından və bu ölkələrdə kitab təbliğatı ilə əlaqədar aparılan işlərdən söhbət açıb. Müasir günümüzdə xarici ədəbiyyatın tərcümə edilməsi və bu sahədə “Qanun” nəşriyyatının fəaliyyəti də müzakirə olunub. Canlı yayımda müasir gənclik, mütaliə maraqları, yeni çap olunan kitablar və s. bu kimi mövzular ətrafında maraqlı söhbət aparılıb.