Tərcümə Agentliyi fəaliyyətə başlayıb

 15:52 14.05.2020     899

Dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn tələblərin icrası ilə əlaqədar dövlət dilindən istifadə və tərcümə sahəsinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən təsis edilmiş ADTM Tərcümə Agentliyi fəaliyyətə başlayır.

Redaktor.az xəbər verir ki, agentliyin fəaliyyət istiqamətlərinə – dövlət əhəmiyyətli sənədlərin, habelə təşkilatlar, sahibkarlar, eləcə də yerli və xarici vətəndaşların müraciət və sifarişləri ilə təqdim olunan mətn və materialların Azərbaycan dilində tərtibi, xarici dillərə tərcüməsi,  redaktəsi və ekspertizası, həmçinin poliqrafiya xidmətləri də daxildir.

Xidmətlər müvafiq sahədə peşəkarlığı ilə seçilən dil və tərcümə mütəxəssisləri tərəfindən müxtəlif formatda, o cümlədən elektron qaydada göstərilir.

Agentliyin xidmətləri barədə ətraflı məlumat Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rəsmi internet səhifəsində (www.aztc.gov.az) yerləşdirilib.