“Sevilənlər, sevənlər”də növbəti uğurlu görüş - Rəşad Məcid

 15:49 14.05.2020     834

Respublika Gənclər Kitabxanasının “Sevilənlər sevənlər” rubrikasıında canlı yayımın növbəti qonağı  yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid olub.

Redaktor.az xəbər verir ki, canlı yayımda qonaq istifadəçiləri maraqlandıran sualları cavablandırıb, ədəbiyyat, jurnalistika, mütaliə və s. mövzular ətrafında maraqlı fikirlər söylyib. Rəşad Məcid ilk növbədə jurnalistikaya gəlişindən, baş redaktoru olduğu “525-ci qəzet”in fəaliyyətindən, ənənəvi jurnalistikanın xüsusiyyətlərindən, müasir dövrdə mətbuatın qarşısında duran yeniliklərdən və vəzifələrdən danışıb.

Daha sonra qonaq Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətindən, dövlətimizin gənclərə göstərdiyi qayğıdan, gənc şair və yazarların səmərəli fəaliyyəti üçün yaradılan münbit şəraitdən söhbət açıb. Canlı yayım zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının fəaliyyətinə də toxunulub və son illər bu sahədə görülən işlər haqqında məlumat verilib.

 Canlı yayım zamanı Rəşad Məcid izləyicilərin xahişi ilə müəllifi olduğu şerləri də səsləndirib.