“Dünya ənənələri, ənənələr dünyası” aksiyası təqdim edilib

 15:28 25.05.2020     965

Adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə əks etdirir, bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi çıxış edir. Beynəlxalq və milli adət və ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sistemindəki rolunun tədqiqi həmişə aktual olub. Məhz bu məqsədlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Dünya ənənələri, ənənələr dünyası” aksiyasına start verib. Aksiyanın əsas məqsədi  istifadəçiləri dünya xalqlarının adət və ənənələri, həyat tərzi, illərlə riayət etdikləri ailə və məişət qaydaları ilə tanış etməkdir.

Redaktor.az xəbər verir ki, aksiya çərçivəsində Afrika xalqlarının, Çin, Belorusiya, Braziliya, Rusiya, Hindistan və s. ölkələrin adət və ənələri haqqında video çarxlar hazırlanıb. Kitabxana əməkdaşları tərəfindən hazırlanan video çarxlarda bu və ya digər ölkənin bayramları, məişət, toy, dəfn, qonaq qəbuletmə və s. qayda və ritualları haqqında məlumat verilir. Video çarxları izləyən istifadəçilər virtual olaraq, müəyyən bir ölkənin milli koloritini özündə əks etdirən musiqinin sədaları altında bu ölkənin bayramlarının, toylarının, yığıncaqlarının iştirakçısına çevrilirlər.

Onu da qeyd edək ki, sözügedən aksiya qısa müddət ərzində öz ətrafında kifayət qədər geniş izləyici auditoriyası toplamış və bu aksiya “Baxış” saylarına görə ön sıralara keçmişdir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Dünya ənənələri, ənənələr dünyası” adlı aksiyası çərçivəsində hazırlanmış video çarxlarla  aşağıda qeyd olunmuş İnstaqram və Facebook səhifələri vasitəsilə tanış ola bilərsiniz: https://instagram.com/c_cabbarli_resp_genc_kitabxana?igshid=nndqfexh28sb

https://www.facebook.com/profile.php?id=100011349961279