Sənəd qəbulu ilə bağlı abituriyentlərə VACİB XƏBƏR VAR - AÇIQLAMA

 22:09 27.05.2020     1474

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı əri­zələrin qəbulu 2020-ci il mayın 12-dən iyunun 5-dək internet vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytının "ekabinet.dim.gov.az" səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra, şəxsi kabi­netlərinin istifadəçi adı və parolundan istifadə etmək­lə mü­va­fiq internet səhifəsinə ("eservices.dim.gov.az/erizebak/erize") daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər.

Lakin bəzi tələbələr şəxsi kabinetinin şifrəsini unudurlar. Daha sonra yenidən qeydiyyatdan keçə və ya lazımi əməliyyatları həyata keçirə bilmirlər. Belə olan halda şəxsi kabinetin şifrəsini necə bərpa etmək olar? 

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə Redaktor.az-a bildirib ki, şifrəni onlayn şəkildə dəyişmək və ya bərpa etmək mümkündür: 

"Şifrəni onlayn şəkildə əldə etmək mümkündür. Bunun üçün "Şəxsi kabinet"ə giriş yerində "Şifərni unutmuşam" bölməsinə daxil olub, şəxsi kabinet yaradılan zaman orada qeyd edilən mobil telefon nömrəsi və ya e-mail-i yazmaq lazımdır. Şifrə nömrə və ya e-mail-ə göndərilir. Kabinet yaradanda bunların heç biri qeyd edilməyibsə, DİM-in saytında onlayn növbə götrürüb, yaşadığı yerə yaxın rayonda yerləşən regional bölməmizə gedə bilərlər".

http://eservices.dim.gov.az/eNovbe/

Sevda Ulutau / Redaktor.az

Xanlar Xanlarzadə: Qəbul imtahanlarında fənlər üzrə bal ...