Teledərslərin başa çatacağı tarix açıqlanıb

 11:46 03.06.2020     1620

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" proqramının başa çatacağı tarix açıqlanıb.

Təhsil Nazirliyindən Redaktor.az-a bildirilib ki, ümumtəhsil məktəbləri üçün teledərslər 12 iyun tarixində başa çatacaq.

Eyni zamanda qeyd edilib ki, yay tətilində “Virtual məktəb”də dərslər olmayacaq. Lakin müxtəlif öyrədici materialların portala yüklənməsi davam etdiriləcək.

Qeyd edək ki, yay tətilinin vaxtında dəyişiklik olunması nəzərdə tutulmur.