Metrodan istifadə edənlərə VACİB XƏBƏR - Məşhur aparıcı...

 11:10 18.06.2020     1609

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar sərnişinlər arasında virusa daha çox diqqət cəlb etmək məqsədilə "Bakı Metropoliteni" QSC daha bir neçə yenilik edib.

Redaktor.az xəbər verir ki, artıq qatarlarda müvafiq tövsiyələr məşhur aparıcı DJ Fateh təxəllüslü Məmmədəli Məmmədovun səsi ilə təqdim edilir. Onu da əlavə edək ki, bu məqsədlə aparıcının 8 fərqli müraciətinin səs yazısı lentə alınıb. Bu fərqliliklərdə əsas məqsəd sərnişinlərin eyni mövzuda səslənmə ilə yormadan monotonluğu aradan qaldıraraq, metodiki göstərişlərin tələblərinə onların diqqətini daha yaxından cəlb etməkdir.

Tezliklə stansiyalarda da məşhur aparıcının səsi ilə sərnişinlərə müraciətlər yer alacaq. Qatarlardan fərqli olaraq stansiyalardakı müraciətdə "COVID-19"la əlaqədar təkcə Bakı metropolitenində deyil,  Nazirlər Kabinetinin, o cümlədən Səhiyyə Nazirliyinin, TƏBİB-in və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri də yer alır.