Qeydiyyat bitdikdən sonra işsiz qalanlar 190 manat alacaq? - NAZİRLİK SUSUR...

 16:10 23.06.2020     11433

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə yenidən 190 manat birdəfəlik ödəmənin veriləcəyi açıqlanıb.

Redaktor.az xəbər verir ki, ödəmə birdəfəlik yardımı alacaq olan şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək.

Lakin bəzi vətəndaşlar var ki, 190 manat üçün onlayn qeydiyyat bitdikdən sonra iş yerlərini itiriblər.Onlar artıq işsiz statusu daşıyırlar. Bəs, bu vətəndaşlar birdəfəlik ödəməni almaq üçün nə etməlidir?

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbova sorğu göndərsək də, cavab ala bilmədik.

Lakin nazirliyin yaydığı ümumi məlumatda birdəfəlik ödəmə üçün təkrar müraciətə ehtiyac olmadığı vurğulanıb.

Bu da onu göstərir ki, sözügedən şəxslərə 190 manat birdəfəlik ödəmə verilməyəcək.

Mahir Ələkbərov / Redaktor.az