İşıq pulu ilə bağlı YENİLİK VAR

 16:44 30.06.2020     1828

Azərbaycanda elektrik sayğaclarının smart-kartlarının balansını "Azərişıq" mobil tətbiqi vasitəsilə artırılması xidməti istifadəyə verilib.

Redaktor.az xəbər verir ki, bunu ASC-nin İnformasiya texnologiyaları departamentinin direktoru Qalib Həmidov deyib.

Onun sözlərinə görə, abonentlər bu əməliyyatı smartfonlar üçün nəzərdə tutulan xüsusi kart oxuyucuları vasitəsilə apara biləcəklər: "Yaxın günlərdə abonentlər kart oxuyucularını "ASAN xidmət" mərkəzlərindən əldə edə biləcək. Cihazın qiyməti 20 manat civarında olacaq".

Yeni xidmət yalnız istismarda olan “PoudRaad” şirkətinin sayğaclarının smart-kartlarına şamil olunur. //APA