Qorxub yola qaçdı, maşın vurub öldürdü - FOTO

 18:55 07.07.2020     655

Qubada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə ağacın budağı qırılaraq elektrik xəttinin üzərinə düşüb. Bu zaman qısaqapanma zamanı çıxan səsdən qorxuya düşən 1956-cı il təvəllüdlü Ağarzayev Şakir Cərulla oğlu yola tərəf qaçıb. Yola çıxan piyadanı Yadigarov Mahirin idarə etdiyi 10 ML 918 dövlət nömrə nişanlı, "Kia" markalı maşın vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.//Qafqazinfo

22