Hərbçiyə qarşı hörmətsizlik edən şəxs həbs edildi - VİDEO

 19:35 07.07.2020     856

Qaradağ rayonu, Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyevlə bağlı qərar verilib.

Redaktor.az xəbər verir ki, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə o, 30 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan Orucəli Zərbəliyev ötən gün polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.