Ən yüksək nəticə göstərən məktəblər - Buraxılış imtahanları

 23:20 07.07.2020     668

İyunun 18-19-da keçirilən 11-ci siniflər üçün buraxılış imtahanında ən yüksək nəticə göstərən məktəblər açıqlanıb.

Redaktor.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, imtahan iştirakçıları arasında ən yüksək nəticəni 297.1 bal toplayan Lənkəran şəhəri 1 saylı şəhər tam orta məktəbin məzunu göstərib.

İkinci ən yüksək nəticəni 294.1 bal toplayan Goranboy rayonu Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbin, üçüncü ən yüksək nəticəni isə 288.9 bal toplayan Lənkəran şəhəri Liman 2 saylı şəhər tam orta məktəbin məzunu göstərib.