Velosipetlə hərəkət edən gənci avtomobil vurdu - ANBAAN VİDEO

 20:15 08.07.2020     1868

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, iyulun 8-də saat 2 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolda velosipetlə hərəkət edən Roman Aslanovu vurub. Nəticədə Roman Aslanov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır. Hadisənin görüntülərini təqdim edirik: //Metbuat.az