"Şahdağ" Milli Parkının ərazisində yanğın olub

 22:40 08.07.2020     646

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkının ərazisində 4 ha sahədə kol-kos, quru ot və ağac qırıntıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN ) Redaktor.az-a verilən məlumata görə, yanğın saat 19:00 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən