Xaçmazda birmərtəbəli ev yanıb, xəsarət alan var

 22:35 08.07.2020     577

Xaçmaz rayonunda ümumi sahəsi 36 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 21 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.//Trend