"Cavid həkimin sağalması ən böyük diləyimizdir" - MİLLƏT VƏKİLİ

 21:15 09.07.2020     689

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva da koronavirusa yoluxan həkim Cavid Paşayevin vəziyyətindən danışıb.

Redaktor.az xəbər verir ki, deputat feysbuk səhifəsində həkimin vəziyyətinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətində olduğunu bildirib:

“Bir qədər öncə, Prezidentin köməkçisi Anar Ələkbərovla danışdıq. Anar müəllim Cavid Paşayevi müalicə edən həkimlərlə tez-tez şəxsən əlaqə saxladığını bildirdi və Cavid bəyin sağalması istiqamətində bütün addımların atıldığını dedi. Hörmətli Anar müəllim fədakar həkimimizin müalicəsinin dəyərli Mehriban xanımın şəxsi nəzarətində olduğunu da bildirdi. Çox dəyərli Mehriban xanıma hər zamankı kimi həssas münasibətindən dolayı dərin təşəkkürümüzü bildiririk. İnşallah, dövlət rəhbərliyinin şəxsi diqqət və qayğısı ilə, öz həkim həmkarlarının fədakarlıqları sayəsində və əlbəttə, onun üçün narahatlıq keçirən hər kəsin duaları ilə, dəyərli Cavid həkimin sağalması ən böyük diləklərimizdən biridir.

Bir daha bildirmək istərdim ki, Cavid həkimin yüksək səviyyədə - intensiv müalicəsi və tezliklə sağalması üçün nə mümkünsə edilir”, - deyə millət vəkili əlavə edib.