Sərt karantində Vaqif Əsədovdan sürücülərə ÇAĞIRIŞ

 20:52 10.07.2020     1031

“Zərurət olmadığı halda, şəxsi avtomobillərinizdən istifadə etməyin”.

Redaktor.az xəbər verir ki, bunu açıqlamasında Bakı Şəhər Baş Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov sərt karantin rejimi dönəmində vətəndaşlara müraciət edərkən bildirib.

O, sürücüləri tibbi qaydalara əməl etməyə çağırıb:

“Buradan çağırış edirəm, ictimai nəqliyyatda, şəxsi avtomobillərdə, taksilərdə tibbi vasitələrdən istifadə edin, maska taxın. Taksilərdə şəffaf arakəsmələr olmalıdır ki, insanlar virusa yoluxmasın”.

Bölmə rəisi paytaxt Bakıda karantin postlarının fəaliyyətinin bərpa edilməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

“Bəyəm postlar yığışdırılmışdı ki, yenidən bərpa olunsun? Sadəcə olaraq stasionar postlar digər xidmətlərlə əvəz olunub. Mobil postların sayı artırılıb. Mobil postlar vasitəsi ilə yol polisi əməkdaşları sürücü və sərnişinlərin icazə sənədlərini yoxlayır, evdən çıxmasına icazə verilməyən şəxslər postdan buraxılmır”. //Yeniçag

Vumart və Güvən reklamı Vumart Güvən