Bakıda bir-birinə bitişik 3 tikilidə yanğın - FHN

 17:55 11.07.2020     740

Bakıda bir-birinə bitişik 3 tikilidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 70 kv/m olan birmərtəbəli taxta konstruksiyalardan ibarət ev, bitişik ümumi sahəsi 20 kv/m olan köməkçi tikilinin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 240 kv/m olan ikimərtəbəli evin dam örtüyünün taxta atmaları 2 kv/m sahədə yanıb.

Evin qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.