Evdə müşahidəyə götürülən hamısı yoluxub? - AÇIQLAMA

 19:55 11.07.2020     813

“Bakı üzrə evdə müşahidəyə götürülən şəxslərin hamısı koronavirus xəstəsi deyil”.

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

O bildirib ki, nəzarətə götürülənlərin əksəriyyəti (60-70 faizi) şübhəli və ya kontaktda olmuş adamlardır:

“Həmin vətəndaşların arasında koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar testin nəticəsi pozitiv çıxanlar da, neqativ çıxanlar da var. Bakıda nəzarət altında olanlar arasında testin nəticəsi müsbət çıxanlar isə ölkə üzrə koronavirusa yoluxanların siyahısına daxildir”.

Qeyd edək ki, son iki həftə ərzində Bakıda 10 min 202 vətəndaş evdə nəzarətə götürülüb.

Xatırladaq ki, iyulun 10-na aid statistik göstəricilərə əsasən, Azərbaycanda koronavirusa yoluxanların sayı 22 min 990 nəfər, infeksiyadan sağalanların sayı 14 min 93 nəfər, ölənlərin sayı 292 nəfər təşkil edir. //Report