Ekspertdən insanlara çağırış: Bunu etməyin! - DÜŞMƏN İZLƏYİR...
"Sosial mediada faktları təhrif etməklə, bəzən fərqində olmadan, bəzən də bilərəkdən yanlış ictimai fikir formalaşdıranlar də var".
Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz deyib. O, düşmən tərəfinin informasiya müharibəsində üstünlük əldə etmək üçün bütün imkanlardan istifadə etməyə çalışdığını bildirib:
“Onlar azərbaycandilli sosial mediada qarışıqlıq, çaşqınlıq və inamsızlıqlıq mühiti yaratmağa, ölkəmizdə, regionda və beynəlxalq aləmdə yanlış ictimai fikir formalaşdırmağa çalışırlar.
Bu məqsədlə Azərbaycan dilini yaxşı bilən ermənilər tərəfindən azərbaycandilli sosial media resursları yaradılır və bu resurslar vasitəsilə dezinformasiyalar və yalan məlumatların linkləri paylaşılır.
Müdafiə Nazirliyinin infornasiya resursları və digər rəsmi informasiya kanalları son günlərdə fəallıqlarını xeyli artırsalar da, bir sıra hallarda rəsmi məlumatların gecikməsi əlavə problemlər yaradır.
MN rəsmi informasiyaları daha tez tez açıqlamalı və bu məqsədlə daha çevik mexanizmlər hazırlanmalıdır. Ən adi görünə biləcək məlumatlar da operativ açıqlanmalıdır. Bu günlərdə MN vətəndaş cəmiyyəti fəalları və media nümayəndələri ilə, ictimai fəallarla daha sıx əlaqə qurmalıdır”.
Ekspert bildirib ki, sosial mediada təxribat xarakterli fəaliyyətin qarşısı dərhal alınmalıdır:
“Müasir dünyanın çağırışları elədir ki, informasiya təhlükəsiziliyi cəmiyyətin mövcudluğu üçün və dövlətçilik üçün mühüm əhəmiyyət kəsb edir.
DTX ictimai fikrin, əzmkarlığın və ya ruh düşkünlüyünün formalaşması üçün əsas platforma olan sosial medianın monitorinqi və informasiya sahəsində milli maraqlarımızın qorunması üçün fəaliyyəti daha da gücləndirməlidir
İndiki şəraitdə" like" xətrinə, operativ görünmək xətrinə doğru-dürüst olmayan informasiyaların paylaşılması, döyüş gedən bölgələrdən düşmən üçün faydalı ola biləcək məlumatlatın yayılması yolverilməzdir.
Unutmamalıyıq ki, düşmən tərəf bizim sosial medianı elə real vaxtda izləyirlər.
Düşünürəm ki sərhədlərimizdə ağır döyüşlərin getdiyi bir məqamda vətəndaş cəmiyyəti və media, ictimai, sosial media fəalları birgə fəaliyyət göstərməli, dezinformasiyaların qarşısını alnmalıdır.
Çünki ön cəbhədə, birbaşa döyüş nöqtəsində generalımızın, onunla bərabər yüksək rütbəli zabit və əsgərlərimizin şəhid olması bir qəhrəmanlıq və rəşadət nümunəsi olsa da, eyni zamanda düşmən kəşfiyyatının da boş oturmadığını göstərir”.
Mahir Xəttab / Redaktor.az












