Yeni dərs ili üçün 339 adda dərslik çap olunacaq

 02:40 15.07.2020     480

2020-2021-ci tədris ili üçün ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI siniflərinə ümumilikdə 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulub.

Redaktor.az xəbər verir ki, Təhsil Nazirliyindən  verilən məlumata görə, onlardan 260 adda 6 min 912 min174 nüsxəni dərsliklər, 79 adda 321 min 40 nüsxəni isə metodik vəsaitlər təşkil edir. Bu kağız dərsliklər əsasında 48 adda yeni elektron dərsliyin hazırlanması, 46 adda mövcud elektron dərsliyin isə təkmilləşdirilmiş kağız dərsliklərə uyğunlaşdırılması həyata keçiriləcək.

Bununla yanaşı, dövlət peşə təhsili müəssisələri üçün ümumilikdə 96 adda 185 min 699 nüsxə dərsliyin çap edilməsi nəzərdə tutulub.

2019-2020-ci tədris ilində 322 adda 7 milyon 717 min 764 nüsxə dərslik və metodik vəsait çap edilib.

Dövlət ümumi təhsil müəssisələrinin istifadəsində olan 116 adda dərslik və metodik vəsait məzmun və dizayn baxımından təkmilləşdirilərək yenilənib.

2019-2020-ci tədris ilində dövlət ümumi təhsil müəssisələrinin I sinifləri üçün hazırlanan ehtiyat dərsliklər 150 məktəbin pilot siniflərində tətbiq olunub. //Trend