Ermənilərin atdığı mərmi Yuxarı Öysüzlü kənd sakininin həyətinə düşdü

 21:04 14.07.2020     474

Ermənistan silahlı qüvvələri bölmələri Tovuz rayonunun yaşayış məntəqələrinə və bölmələrimizin mövqelərinə iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə atəş açarkən mərmilərdən biri  Yuxarı Öysüzlü kəndində Raqif Qasımovun həyətinə düşüb.

Redaktor.az xəbər verir ki, zərbənin gücündən R.Qasımova məxsus evin şüşələri sınıb.

Ev sahibi açıqlamasında bildirib ki, hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.

“Həmin vaxt uşaq həyətdə oynayırdı”, - o, əlavə edib.

Qeyd edək ki, iyulun 12-dən başlayaraq ermənilər Tovuz istiqamətində atəşkəsi pozmaqda davam edir. //Report.az