Bu ilin 5 ay ərzində 1258 əkiz, 42 üçəm doğulub

 05:20 16.07.2020     610

Bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat öbələri tərəfindən 47 min 206 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,4 təşkil edib.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 1258-i əkiz, 42-si isə üçəm olub.