MN: Qan Bankında bütün qan qruplarının ehtiyatı var

 14:00 16.07.2020     520

Son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq guya yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması barədə məlumatlar yayılır.

Müdafiə Nazirliyindən Redaktor.az-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır.

Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu qeyd edib. O bildirib ki, hazırda qanla əlaqədar heç bir çətinliyimiz yoxdur.

Vumart və Güvən reklamı Vumart Güvən