Qubada iribuynuzlu heyvanları sel aparıb

 20:25 16.07.2020     599

Quba rayonunda Çağacıq çayına gələn güclü sel Rustov İnzibati Ərazi Dairəsində yerləşən bir sıra kəndlərdə fəsadlara səbəb olub.

Redaktor.az xəbər verir ki, sel nəticəsində çayın üzərində olan bir neçə körpüyə ziyan dəyib.

Həmçinin Yuxarı Xanagah kəndində sakinlərin iribuynuzlu heyvanlarını sel aparıb. //Report.az