Neftçalada qadın traktorun altında qalaraq ölüb

 20:55 16.07.2020     607

Neftçalada qadın faciəli şəkildə dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, hadisə Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü Həsənova Zeynəb Heydər qızı traktorun təkəri altında qalaraq ölüb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. //APA