Daşkənddən 159 azərbaycanlı vətənə gətirildi - FOTO

 21:25 16.07.2020     761

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 16-da axşam saatlarında Daşkənddən 159 Azərbaycan vətəndaşı ilə çarter reysi yerinə yetirib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə yalnız reysdən əvvəl 48 saat ərzində koronavirusa (COVID-19) dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb.

Reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Qeyd edək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

2222
Vumart və Güvən reklamı Vumart Güvən