Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

 09:35 17.07.2020     659

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə sabah - iyulun 18-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bakı Şəhər İcra Hakimiyyətindən Redaktor.az-a bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Vumart və Güvən reklamı Vumart Güvən