Həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırıldı

 20:10 17.07.2020     744

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında həftəsonları (25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək; 1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək) bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.