Karantində çimərliyə getmək mümkün ola bilər - TƏBİB

 05:25 18.07.2020     646

"Karantin rejimi dövründə çimərliklərdən istifadə ilə bağlı məsələ müzakirə olunacaq". 

Redaktor.az xəbər verir ki, bunu AzTV-nin “Hədəf” verilişində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.

O deyib ki, yaxın müddətdə xüsusi monitorinq qrupları yaradılacaq. Qruplarda Bakı şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri təmsil olunacaq. Onlar çimərliklərdə monitorinq aparacaqlar:

"Xüsusi qaydalara riayət olunduğu halda, çimərliklərdən istifadə etmək olarmı – bunun üzərində düşünüləcək", - deyə Y .Qarayeva bildirib.