Saatlıda oğul anasını güllələyərək ÖLDÜRDÜ

 15:00 18.07.2020     812

Saatlı rayonunda oğul anasını güllələyərək öldürüb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Kamallı kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Qəmbərov Racil Zabil oğlu ehtiyatsızlıqdan anası, 1966-cı il təvəllüdlü Tovuz Fərman qızı Qəmbərovanı ov tüfəngindən açdığı atəşlə güllələyib. Qadın aldığı güllə yarasından hadisə yerində həyatını itirib.

Hadisənin təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən dəqiqləşdirilir.

Faktla bağlı Saatlı Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır. //APA