Lənkəranda iki nəfər bıçaqlanıb

 10:54 20.07.2020     502

Lənkəranda 28 yaşlı şəxs iki nəfəri bıçaqlayıb.

Redaktor.az-ın məlumatına görə, rayon sakini, 1992-ci il təvəllüdlü Murad Əsədzadə münaqişə zəminində 1998-ci il təvəllüdlü Ruslan Rəhmanovu və 2000-ci il təvəllüdlü Məhərrəməli Məmmədovu bıçaqlayıb.

Bıçaq xəsarəti alan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //APA

Vumart və Güvən reklamı Vumart Güvən