Sabirabadda 1 nəfər çayda batıb
Sabirabadda 16 yaşlı Kür çayında batıb.
Redaktor.az xəbər verir ki, Kür çayının Sabirabad rayonu, Əsgərbəyli kəndi ərazisindən keçən hissəsində kənd sakini 2004-cü il təvəllüdlü Hüseynov Tehmir Məmməd oğlu çayda çimərkən boğulub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.












