Tovuzda əhaliyə dəyən ziyanı dövlət ödəyəcək - EKSPERT RƏYİ
İyulun 12-dən etibarən Tovuz rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Mülki şəxslərə dəymiş ziyanın aradan qaldırılması üçün dövlət büdcəsindən maddi vəsait ayrılacaqmı?
İqtisadçı ekspert Natiq Cəfərli Redaktor.az-a bildirib ki, bununla bağlı qərar var və yaxın günlərdə detallar məlum olacaq:
"Rəsmi yayılan məlumata görə prezidentin bununla bağlı göstərişi və sərəncamı olub. Tovuzda mülki əhaliyə dəyən ziyanın qarşılanması üçün komissiya yaradılıb və dövlət büdcəsindən əlavə vəsaitin ayrılması ilə bağlı qərar var. Yəqin ki, yaxın günlərdə qərarın detalları ilə bağlı rəsmi məlumatlar veriləcək. Təbii ki, döyüş şəraitində düşmən ölkə olan Ermənistanın təcavüzü nəticəsində mülki şəxslərə və vətəndaşlara dəymiş maddi ziyanın ödənilməsi dövlət tərəfindən həyata keçirilməlidir. Çox güman ki, ziyan dövlət tərəfindən qarşılanacaq".
Sevda Ulutau / Redaktor.az















